ABŞ-də “Qiyamət günü” radiosu işə düşdü - Sirli kod yayımlandı

16:23 25 Aprel 2026

ABŞ-nin qlobal hərbi rabitə sistemi olan HFGCS-dən növbəti dəfə müəmmalı siqnal daxil olub. “Qiyamət günü radiosu” kimi tanınan şəbəkədən yayılan kod dünya mediasının diqqət mərkəzinə düşüb.

Sitat.info xəbər verir ki, sözügedən radiotutma “soundcloud.com” saytında yayımlanıb.

8992 kHs tezliyində yayımlanan və 21 simvoldan ibarət olan sirli kod bu şəkildə səslənib:

“BRADFIELD 6CWCH7 6CWCH7F7TGFSUUJF2TGFS”.

Hərflərdən və rəqəmlərdən ibarət olan bu kombinasiyanın nə mənaya gəldiyi hələlik məlum deyil.

Qeyd edək ki, HFGCS (High Frequency Global Communications System) ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən yüksəktezlikli rabitə şəbəkəsidir. Bu sistem nüvə arsenalının idarə olunması protokolları da daxil olmaqla, kritik dərəcədə vacib olan əmrlərin ötürülməsi üçün nəzərdə tutulub. Şəbəkə 24 saat fasiləsiz işləyir və yerüstü stansiyaları İslandiya, Böyük Britaniya, Yaponiya və İtaliyada yerləşir.

Xatırladaq ki, bir müddət əvvəl Rusiyanın bənzər funksiyalı “UVB-76” radiostansiyasında da sirli şifrələr eşidilmişdi.



Xəbər xətti