“Vaşinqtonda keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən atışma məni dərindən sarsıtdı”.
“Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
“Belə zorakılıq halları qəbuledilməzdir və qəti şəkildə pislənməlidir. Prezident Trampın, Birinci xanımın və bütün iştirakçıların təhlükəsiz olması sevindiricidir. Onlara davamlı təhlükəsizlik və rifah arzulayıram”, - deyə Dövlət başçısı vurğulayıb.