Lerikdə yük maşını dərəyə aşıb, ölən var

15:07 27 Aprel 2026

Lerikdə yük maşını dərəyə aşıb.

Sitat.info  xəbər verir ki, hadisə bu gün Lerik rayonu ərazisində qeydə alınıb.

Astara sakini 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə aşıb. Sürücü Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.(APA)



Xəbər xətti