Bu ərazilərdə qaz təchizatında fasilə yaranacaq

09:18 28 Aprel 2026

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

"Azəriqaz"dan Sitat.info-ya verilən məlumata görə, Təmir-quraşdırma işlərinin aparılması məqsədilə 28.04.2026-cı il tarixində saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.



Xəbər xətti