1525-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

17:47 28 Aprel 2026

Rusiya müharibənin 1525-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 671 təyyarəsi, 284 helikopteri, 138 447 PUA-sı, 656 zenit-raket kompleksi, 29 066 tank və digər zirehli texnikası, 1 711 reaktiv yaylım atəş sistemi, 34 642 artilleriya və minaatanı, 60 318 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti