SON DƏQİQƏ: Ukrayna PUA-sı Qazaxıstana düşdü

12:11 29 Aprel 2026

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) Qazaxıstanın Rusiya ilə sərhədində, Orsk şəhəri yaxınlığında yerə düşüb.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı "Mash" Teleqram kanalı yayıb.

Məlumata görə, dron Alimbetovka kəndi yaxınlığında qəzaya uğrayıb. Hazırda PUA-nın düşdüyü ərazi nəzarətə götürülüb və giriş-çıxış bağlanıb.

Hadisə yerinə dərhal Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda mütəxəssislər hadisənin təfərrüatlarını araşdırırlar.

 

 



Xəbər xətti