WUF13-də iştirak üçün qeydiyyatdan keçənlərin sayı açıqlanıb

12:33 29 Aprel 2026

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasında (WUF13) iştirak üçün 175 ölkəni təmsil edən 23 350 nəfər qeydiyyatdan keçib.

Sitat.info 
xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.

O qeyd edib ki, bu proses getdikcə daha da intensivləşir: "Çox sevindirici haldır ki, onların 13,3 %-i sahibkarlıq subyektlərini təmsil edir və bu da Dünya Şəhərsalma Forumu tarixində ən yüksək göstəricidir".

A.Quliyev vurğulayıb ki, şəhərsalma sahəsində həyata keçirilən islahatlar yalnız infrastruktur layihələri ilə məhdudlaşmır: "Bu, eyni zamanda iqtisadi artımın stimullaşdırılması, məşğulluğun artırılması və innovasiyanın inkişafı üçün mühüm mexanizmdir. Bu prosesdə sahibkarlar əsas hərəkətverici qüvvə kimi çıxış edirlər. Əminəm ki, dövlət və özəl sektorun səmərəli əməkdaşlığı nəticəsində Azərbaycan şəhərləri regionun ən müasir, dayanıqlı və rəqabətqabiliyyətli yaşayış mərkəzlərinə çevriləcək". (report)



Xəbər xətti