Anar Əliyev onu nazirlikdə yüksək vəzifəyə təyin etdi

19:47 29 Aprel 2026

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda (DSMF) yeni təyinat olub.

Sitat.info Oxu.az-a istinadla xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev əmr imzalayıb.

Nazirin əmri ilə Seymur Mahmudlu DSMF-nin Strateji planlaşdırma və investisiyalar departamentinin müdir müavini təyin olunub.

S.Mahmudlu bu təyinatadək "Azersun Holding"də müxtəlif vəzifələrdə çalışıb.



Xəbər xətti