Qəzzada ölənlərin sayı açıqlanıb.
Sitat.info "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Qəzzanın səhiyyə nazirliyi son 24 saat ərzində İsrail hücumları nəticəsində ən azı iki nəfərin öldüyünü və səkkiz nəfərin yaralandığını bildirir.
Bildirilirb ki, oktyabr ayında "atəşkəs" elan ediləndən bəri 824 nəfər həlak olub, 2316 nəfər yaralanıb.
Qeyd edək ki, İsrailin Qəzzaya qarşı soyqırım müharibəsinin başlamasından bəri 2023-cü ilin oktyabr ayından bəri 72.601 nəfər həlak olub, 172.419 nəfər yaralanıb.
Səid,
Sitat.info