Xəbər verdiyimiz kimi bu gün Milli Onkologiya Mərkəzinin Şua-diaqnostika şöbəsində partlayış baş verib.
Sitat.info xəbər verir ki, rentgen- MRT zonasında partlayış zamanı mərkəzin həkim-radioloqu Asif Nəsirli ağır bədən xəsarətləri alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.
Müayinədə olan xəstə isə yerində vəfat edib.
Asif Nəsirli 2008-ci ildən Milli Onkologiya Mərkəzinin Şüa terapiyası şöbəsi və Uşaq klinikasında Radiasyon onkoloq vəzifəsində çalışır.