İspaniyanın "Barselona" klubu icarə əsasında komandada çıxış edən Juan Kanselunu heyətdə saxlamaq niyyətindədir.
Son ölkə çempionu 31 yaşlı cinah müdafiəçisinin birdəfəlik transferi üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"la danışıqlar aparır.
Portuqaliyalı oyunçunun icarə müqaviləsinin müddətinin artırılması da gündəmdədir.
Xatırladaq ki, 2023/2024 mövsümündə də "Barselona"da çıxış edən Juan Kanselu cari ilin əvvəlində komandaya keçib.