Məhkəmə Karapetyanın ev dustaqlığını qüvvədə saxladı

20:00 30 Aprel 2026

Ermənistan Antikorrupsiya Məhkəməsi “Güclü Ermənistan” partiyasından Baş nazir postuna namizəd Samvel Karapetyanın ev dustaqlığı ilə bağlı qərarı qüvvədə saxlayıb.

Sitat.info “Armenia Today”ə istinadən xəbər verir ki, məhkəmə mövcud qətimkan tədbirinin inzibati nəzarətlə əvəz edilməsi barədə vəsatəti rədd edib.

Məlumata görə, müdafiə tərəfi Karapetyanın gələn həftə keçiriləcək partiya qurultayında iştirak etməsi üçün onun azadlığa buraxılmasını tələb edib. Vəkillər ev dustaqlığının ləğvi müqabilində girov məbləğinin artırılmasını təklif etsələr də, məhkəmə bu müraciəti təmin etməyib və qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.

Xatırladaq ki, Samvel Karapetyan 2025-ci ilin iyununda həbs edilib. Həmin ilin dekabrın 30-da isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunmuşdu.



Xəbər xətti