Sumqayıtın bəzi yerlərində su kəsiləcək

20:10 30 Aprel 2026

Sumqayıt şəhərinin bir sıra ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah gün ərzində suyun verilişində müvəqqəti fasilə olacaq.

Sitat.info xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsi məlumat yayıb.

Bildirilib ki, fasilə 41A, 42, 49 və 76-cı məhəllələri, həmçinin Yaşıldərə yaşayış massivinin bəzi hissələrini əhatə edəcək.



Xəbər xətti