İlqar Əliyev vəfat etdi

09:30 1 May 2026

Narkotik ittihamı ilə məhkum edilən informasiya və kommunikasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev vəfat edib.
 
Sitat.info-ya istinadla xəbər verir ki, o, həbsdə xəstəlik səbəbindən dünyasını dəyişib.
 
Qeyd edək ki, bu ilin martında İlqar Əliyevin cəzası 4 ildən 3 ilə endirilmişdi.
 
Xatırladaq ki, İlqar Əliyev əvvəllər "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də "İnformasiya texnologiyaları" departamentinin müdiri, həmçinin bank sektorunda müşavir kimi fəaliyyət göstərib.
 
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitə və ya psixotrop maddə əldə etməkdə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Məhkum həm apellyasiya, həm kassasiya şikayətlərində məhkəmədən bəraət istəyirdi.



Xəbər xətti