Konfrans Liqasında ən sürətli qol vuruldu

09:52 1 May 2026

"Kristal Palas"ın oyunçusu İsmaila Sarr Konfrans Liqasında yeni rekord müəyyənləşdirib.

Sitat.info "Opta"ya istinadla xəbər verir ki, seneqallı futbolçu "Şaxtyor"la yarımfinal matçının ilk qarşılaşmasında hesabı cəmi 21 saniyə sonra açıb. Bu, turnir tarixində ən sürətli qol olub.

Matç London təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tərəflər arasında cavab oyunu mayın 7-də keçiriləcək.



Xəbər xətti