Bəqayi  ABŞ-nin “özünümüdafiə” iddiasını rədd etdi

15:22 1 May 2026

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ Dövlət Departamentinin Amerika hərbi əməliyyatını “özünümüdafiə” kimi təqdim etməsinə sərt reaksiya verib.

Sitat.info xəbər verir ki, Bəqayi “X” hesabında yazıb ki, İran tərəfindən ABŞ-yə qarşı hər hansı silahlı hücum baş verməyib.

“Nədən özünümüdafiə? İran tərəfindən ‘özünümüdafiə’ni əsaslandıracaq hər hansı bir silahlı hücum olubmu? Əlbəttə ki, yox. Deməli, bu, heç də özünümüdafiə deyildi – bu, İran xalqına qarşı təcavüz aktı idi”, – deyə o bildirib.

İran rəsmisi ABŞ-nin həyata keçirdiyi əməliyyatın beynəlxalq hüquqa zidd olduğunu vurğulayıb.

Sitat.info 

 



Xəbər xətti