İsrailin müdafiə naziri Katz bildirib ki, İsrailə qarşı “mövcudluq təhdidlərini” aradan qaldırmaq üçün İrana qarşı yenidən tədbirlər görülə bilər. Nazir həmçinin Livanda Hizbullaha qarşı əməliyyatların davam edəcəyini açıqlayıb.
Sitat.info xəbər verir ki, İsrail müdafiə naziri Katz İrana qarşı yeni hərbi əməliyyatın mümkünlüyünə işarə edib.
O bildirib ki, bu prosesi ABŞ prezidenti Donald Tramp, Baş nazir Benyamin Netanyahu ilə koordinasiyalı şəkildə həyata keçirəcək: "İranın gələcəkdə bir daha İsrail, ABŞ və azad dünya üçün təhdidə çevrilməsinin qarşısını almaq məqsədi daşıyan bu prosesin hədəfə nail olması çalışırıq. Biz bu səyləri dəstəkləyirik, tezliklə yenidən tədbir görməli ola bilərik.”
Katz bununla İsrailin İrana qarşı mümkün hücumlarını əsaslandırıb.
İsrail Müdafiə Nazirliyi son 24 saat ərzində ABŞ-dan 6500 ton sursat və yüngül zirehli texnika daşıyan iki yük gəmisi və bir neçə təyyarənin İsrailə çatdığını açıqlayıb. Katz iddia edib ki, İsrail və ABŞ İranın “nəsillər üçün təhlükə” olmasının qarşısını almağı hədəfləyir:
“İsrail düşmənlərinin onun mövcudluğunu təhdid etməsinə icazə verməyəcək. Biz gələcək nəsillər üçün İsrail vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün qətiyyətlə, güclə və məsuliyyətlə hərəkət etməyə davam edəcəyik.”
Katz Hizbullaha qarşı əməliyyatların da davam edəcəyini vurğulayıb.
Nigar,
Sitat.info