73 yaşlı kişi dəm qazından boğuldu

14:13 2 May 2026

Tovuz sakini dəm qazından boğularaq ölüb.

Sitat.info xəbər verir ki, rayonun 1953-cü il təvəllüdlü Aşağı Öysüzlü kənd sakini Rafil Hüseynov dəm qazından boğulub.

Vətəndaş xəstəxanaya aparılsa da, onun öldüyü məlum olub. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.

///Qafqazinfo



Xəbər xətti