Qarabağda buna heyran qaldım - Braziliya səfiri

15:00 2 May 2026

Braziliyanın Bakıdakı səfiri Manuel Monteneqro Azərbaycanın Qarabağ regionundakı bərpa işlərinin tempinə heyran qaldığını bildirib.

Sitat.info xəbər verir ki, səfir bu barədə Report-a açıqlamasında deyib.

Xarici diplomatik korpusun səfəri çərçivəsində regionda olan M.Monteneqronun sözlərinə görə, Qarabağın bərpa prosesi güclü təəssürat yaradır. O qeyd edib ki, xüsusilə infrastruktur sahəsində bölgənin transformasiyası sürətli şəkildə baş verir.

Səfir vurğulayıb ki, bölgəyə həyatın qayıtmasını və sakinlərin sayının artmasını ən vacib dəyişiklik hesab edir.

Buna nümunə olaraq o, ötən gün Xankəndi şəhərindəki Qarabağ Universitetinə baş çəkməsini, orada gələcək planlarından danışan tələbə və gənclərlə görüşünü göstərib: "Onların gələcəklə bağı arzularını görmək, nə öyrəndiklərini və hansı planlar qurduqlarını bilmək mümkün idi".

 

Diplomatın fikrincə, məhz gənc nəsil göstərir ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.



Xəbər xətti