ABŞ “Azadlıq layihəsi” əməliyyatına 15 min əsgər göndərəcək

09:26 4 May 2026

Təxminən 15 min ABŞ hərbçisi, raket esminesləri və 100-dən çox təyyarə “Azadlıq layihəsi” əməliyyatında iştirak edəcək.

Sitat.info xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu əməliyyat hərbi münaqişə səbəbindən Hörmüz boğazında qalmış gəmilərin keçidini təmin etmək məqsədi daşıyır.

“ABŞ-nin “Azadlıq layihəsi”nə hərbi dəstəyi raket esmineslərini, quruda və dənizdə yerləşdirilmiş 100-dən çox hava vasitəsini, müxtəlif pilotsuz platformaları və 15 min hərbçini əhatə edəcək”, - məlumatda deyilir.



Xəbər xətti