Moskva səmasında vurulan Ukrayna PUA-larının sayı 26-ya çatıb

18:50 4 May 2026

Son üç gün ərzində Moskva üzərində vurulan Ukrayna pilotsuz uçuş aparatlarının sayı 26-ya çatıb.
 
Bu barədə Rusiya mətbuatında məlumat yer alıb.
 
Bildirilib ki, 2-4 may tarixlərində Moskva səmasında 26 Ukrayna PUA-sı vurulub.
 
Bir PUA isə Moskvanın mərkəzində yerləşən 52 mərtəbəli yaşayış kompleksinə düşüb.
 
Moskva meri binanın 36-cı mərtəbəsinin dağıldığını, nəticədə xəsarət alanların olmadığını açıqlayıb.
 
APA



Xəbər xətti