"Bu gün AR DİN Mehdiabad Polis Bölməsinin əməkdaşları tərəfindən Goradil qəbirstanlığı ərazisində, Fatimeyi Zəhra məscidinin yaxınlığında yatmış vəziyyətdə uşaq tapılıb".
Sitat.info xəbər verir ki, bu sözləri Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə feysbuk hesabında yazım.
"Uşaq özünü və valideynlərini tanıda bilmir. Hazırda uşağın valideynlərinin müəyyən edilməsi istiqamətində araşdırma aparılır.
Uşağı tanıyan və ya məlumatı olan şəxslərdən hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur". deyə qeyd edib.
Nigar