Əraqçı: ABŞ-nin “Azadlıq Layihəsi” dalana dirənmiş təşəbbüsdür

09:53 5 May 2026

İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-nin Hörmüz boğazında başladığını elan etdiyi “Azadlıq Layihəsi” əməliyyatını sərt tənqid edib.

Sitat.info xəbər verir ki, Əraqçı bu barədə “X” hesabında bildirib. 

O qeyd edib ki, Hörmüz boğazında baş verən son hadisələr siyasi böhranın hərbi yolla həllinin mümkün olmadığını açıq şəkildə ortaya qoyur.

O, Pakistanın vasitəçilik səyləri nəticəsində danışıqlar prosesinin irəlilədiyini qeyd edərək, Vaşinqtonu yenidən “pis niyyətli tərəflər” tərəfindən bataqlığa sürüklənməməyə çağırıb. İran XİN rəhbəri bu kontekstdə Birləşmiş Ərəb Əmirliklərini də istisna etməyib.

Əraqçı ABŞ-nin təşəbbüsünü “Azadlıq Layihəsi” deyil, “dalana dirənmiş layihə” adlandırıb.

Nigar,

Sitat.info

 



Xəbər xətti