Tramp Zelenskini "aqressiv" adlandırdı

14:50 5 May 2026

Tramp 28 fevral 2025-ci ildə Vladimir Zelenski ilə  baş verən söhbətə toxunaraq, Zelenskinin Ağ Evdəki mübahisə zamanı davranışını aqressiv adlandırıb.

Sitat.info xəbər verir ki, o, bu barədə radio aparıcısı Hyu Hevittlə söhbətində deyib. 

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, 2025-ci ilin fevral ayında Ağ Evdə baş verən mübahisə zamanı Vladimir Zelenskinin davranışını aqressiv hesab edir.

"Mən həmişə Zelenski ilə yola getmişəm, Ağ Evdə, Oval Ofisdə keçirdiyim bir an istisna olmaqla... Burada onun bir az aqressiv olduğunu düşünürəm".

28 fevral 2025-ci ildə Zelenski ABŞ Prezidenti ilə görüşmək üçün Ağ Evə gəlib. Söhbət zamanı jurnalistlərin iştirakı ilə iki tərəf arasında mübahisə yaranıb və Amerika lideri Zelenskini ABŞ-a hörmətsizlik etməkdə günahlandırıb. ABŞ vitse-prezidenti C.D. Vens isə onu Kiyevə verdiyi dəstəyə görə Vaşinqtona təşəkkür etməyi unutmaqda günahlandırıb. Görüşdən sonra keçirilən mətbuat konfransı ləğv edilib.

Aytac,

Sitat.info



Xəbər xətti