Rusiyada "Google" və "Telegram" qadağan olunmuş məzmuna girişi bloklamadıqlarına görə ümumilikdə 22 milyon rubl (təxminən 292.000 dollar) məbləğində cərimə olunublar.
Sitat.info xəbər verir ki, Google və Telegram-a qarşı məhkəmə iddiaları paytaxt Moskvada dinlənilib.
Platformaların qadağan olunmuş məzmunu silməməklə qanunu pozduğu qənaətinə gələn məhkəmə, Google-a 15 milyon rubl, Telegram-a isə 7 milyon rubl cərimə ödəməyi əmr edib.
Oxşar cərimələr əvvəllər ölkədəki digər xarici platformalara, məsələn, Instagram, TikTok və Facebook-a tətbiq edilib.
Bu arada, Telegram və Google-un YouTube-u Rusiyada qanunu pozduqlarına görə tamamilə bloklanıb.
Aytac,
Sitat.info