ABŞ vətəndaşlarını bu ölkəni dərhal tərk etməyə çağırdı

17:27 5 May 2026

Bu gün ABŞ hökuməti öz vətəndaşlarını dərhal İraq ərazisini tərk etməyə çağırıb.

Sitat.info xəbər verir ki, ABŞ-nin Bağdaddakı səfirliyi təhlükəsizlik riskini 4-cü səviyyəyə qaldıraraq ən yüksək xəbərdarlıq elan edib.

Səfirliyin açıqlamasında bildirilib ki, İraq hava məkanı yenidən açılsa da, hazırda yalnız məhdud sayda kommersiya uçuşları həyata keçirilir.

İraq səmasında raketlər və dronlarla bağlı davam edən təhlükə mövcuddur və ölkə daxilində səyahət etməyi planlaşdıran şəxslər bu risklərdən xəbərdar olmalıdır.

Səfirlik bir daha ABŞ vətəndaşlarına 4-cü səviyyəli xəbərdarlığın qüvvədə qaldığını xatırladaraq vurğulayıb: “İraqa səyahət etməyin. Əgər İraqdasınızsa, dərhal oranı tərk edin”.

Aytac,

Sitat.info
 



Xəbər xətti