Suraxanı Rayon İcra Hakimiyyətində uzun illər müxtəlif məsul vəzifələrdə çalışmış Fətullayev Nazim Hüseynalı oğlu vəfat edib.
Sitat.info xəbər verir ki, bu barədə İcra Hakimiyyəti məlumat yayıb.
Onun bu gün, səhər saatlarında dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, N. Fətullayev Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi idi.