Makron: Hörmüz boğazı bütün gəmilər üçün açıq olmalıdır

18:46 5 May 2026

Hörmüz boğazı beynəlxalq gəmiçilik üçün açıq qalmalıdır.
 
Bunu İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron deyib.
 
Fransa lideri qeyd edib ki, bölgədə gərginliyin azaldılması vacibdir və bu məqsədlə İran Prezidenti ilə əlaqə saxlayacaq.
 
"İran Prezidenti ilə danışacağam. Bütün hərbi əməliyyatların dayandırılmasına və danışıqların başlanmasına çağırırıq”, – o bildirib.



Xəbər xətti