Rusiya ordusu Ukraynanın müdafiə sənayesi obyektlərinə zərbə endirib

19:40 5 May 2026

Rusiya ordusu Ukraynaya yüksək dəqiqlik silahlarla zərbə endirib.
 
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
 
Məlumata görə, Ukraynanın müdafiə sənayesi obyektlərinə və yanacaq-enerji komplekslərinə yüksək dəqiqlikli silahlarla zərbə endirilib.
 
Bundan başqa, Rusiya MN Hava Hücumundan Müdafiə sistemlərinin son sutka ərzində Ukraynanın altı "Flamingo" uzunmənzilli qanadlı raketini və 601 PUA-sını vurduğunu açıqlayıb.
 
Rusiya qoşunlarının 148 rayonda Ukrayna silahlı qüvvələrinin və xarici muzdluların müvəqqəti yerləşdirmə məntəqələrinə zərbələr endirdiyi açıqlanıb.
 
apa



Xəbər xətti