İsrail Livanın cənubuna hava və artilleriya zərbələri endirməyə davam edir.
Sitat.info xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, son 24 saat ərzində altı nəfər ölüb, 47 nəfər yaralanıb.
"Martın 2-də hərbi eskalasiya başlayandan bəri ölənlərin ümumi sayı 2702-yə, yaralıların sayı isə 8311 nəfərə çatıb".