Çavuşoğlunun iş yerində güllələnən qardaşının son durumu... - Təfərrüat

12:06 6 May 2026

Xəbər verdiyimiz kimi, Türkiyənin sabiq xarici işlər naziri Mövlud Çavuşoğlunun qardaşı, tanınmış iş adamı Aydın Çavuşoğlu Antalyanın Alanya rayonunda öz ofisində silahla vurulmuş halda tapılıb.

Sitat.info Türkiyə mediasına istinadən xəbər verir ki, son məlumatlara görə, Aydın Çavuşoölu əməliyyatdan sonra xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib. Xəstəxananın ətrafında böyük bir izdiham toplaşıb, qohumları və çox sayda vətəndaş hadisələri izləmək üçün əraziyə axın edib. Antalya valisi Hulusi Şahin də xəstəxanada Çavuşoğlunu ziyarət edib.

 Xəstəxanadan alınan son məlumata görə, Aydın Çavuşoğlunun səhhətinin vəziyyəti kritik olaraq qalır. Təhlükəsizlik qüvvələri hadisənin baş verdiyi ofisdə və yanacaqdoldurma məntəqəsində araşdırma aparıb.  Hadisədən sonra Antalya valisi Hulusi Şahin də Çavuşoğlunun sağlamlıq vəziyyəti ilə maraqlanmaq üçün xəstəxanaya gedib.

Bildirilib ki, keçmiş xarici işlər naziri və AK Partiyasının Antalya millət vəkili Mövlud Çavuşoğlu xaricdədir, ona məlumat verilib və şəhərə qayıdacaq. Hadisə ilə bağlı araşdırma davam edir.

Tehran



Xəbər xətti