İsrail ordusu Qərbi Bekaa bölgəsində yerləşən Zelaya qəsəbəsində bələdiyyə sədrinin evini bombalayıb. Hücum nəticəsində biri qadın, biri uşaq olmaqla 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Ölənlər arasında bələdiyyə sədri, onun həyat yoldaşı və övladı da var.
Sitat.info xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi məlumat yayıb.
İsrail ordusunun hücumdan sonra xəbərdarlıq etməsi diqqət çəkib.
Ölkənin cənubunda – Nebatiyə bölgəsində və digər yaşayış məntəqələrində də hava zərbələri endirilib, nəticədə azı 2 nəfər həyatını itirib. Məktəb ətrafı da hədəf alınıb.
Cənub-şərqdə şiddətli toqquşmalar davam edir. Hizbullah İsrail qüvvələrinə qarşı kamikadze dronla hücum etdiyini açıqlayıb.
Xatırladaq ki, İsrail ordusu 2 martdan etibarən Livana genişmiqyaslı hücumlara başlayıb. Rəsmi məlumatlara görə, indiyədək 2700-dən çox insan həlak olub, 1 milyondan çox şəxs isə didərgin düşüb.
ABŞ prezidenti Donald Trump isə apreldə tərəflər arasında əldə olunan müvəqqəti atəşkəsin uzadıldığını bildirsə də, qarşıdurmalar davam edir.
Tehran,
Sitat.info