Pakistanın baş naziri Şahbaz Şərif ABŞ prezidenti Donald Trampa Hörmüz boğazında həyata keçirilən “Azadlıq Layihəsi” əməliyyatının dayandırılması qərarına görə təşəkkür edib.
Sitat.info xəbər verir ki, Şərif “X” hesabında Trampın bu addımı “cəsarətli liderlik” kimi qiymətləndirərək, Pakistanın və digər ölkələrin, xüsusilə Səudiyyə Ərəbistanının tələbinə verilən müsbət cavabın regionda sülh və sabitliyin möhkəmlənməsinə töhfə verəcəyini bildirib.
Pakistanın baş naziri vurğulayıb ki, İslamabad dialoq və diplomatiya yolu ilə münaqişələrin dinc yolla həllini dəstəkləməyə davam edəcək və mövcud prosesin uzunmüddətli razılaşmaya gətirib çıxaracağına ümid edir.
Tehran,
Sitat.info