Ət yenə bahalaşdı - "Bu gedişlə 25 manat olacaq..."

16:32 6 May 2026

Son aylarda ölkə bazarında mal və qoyun ətinin qiymətində artım müşahidə olunur.

Sitat.info-nun məlumatına görə, hazırda sümüksüz mal ətinin qiyməti 22 manata yüksəlib.

Paytaxt Bakıda sümüklü mal ətinin kiloqramı isə 17.50 manatdan satılır. Bu göstərici son iki ayla müqayisədə 50 qəpik artım deməkdir.

Quzu ətinin qiymətində ciddi dəyişiklik qeydə alınmasa da, 1 kiloqramı hazırda 22 manat civarında təklif olunur.

Qəssablar bildirdilər ki, paytaxtın bəzi yerlərində daha baha qiymətə təklif olunur: "Şəhərin mərkəzi ərazilərində mal ətini 18 manata da satanlar var. Quzu əti 23 manatdır. Onları da qınamıram, icarə haqları ilə bağlı ola bilər.

Qiymət artımının əsas səbəbləri yem xərclərinin artmasıdır. Təbii ot, yonca bağlamaları çox bahadır. Rayonlarda fermerlər pambıq əkməyə üstünlük veriblər, yonca əkini azalıb. Bunun da bahalaşmaya təsiri var. Kənd təsərrüfatında heyvandarlıqla bağlı mexanizm düzgün qurulmayıb, yem bazası məhduddur".

Qəssablar mal və qoyun ətinin daha da bahalaşacağını bildirdilər: "Bahalaşma davam edəcək. Hər il 50 qəpik də olsa qiymət artımı gedir. Bu gedişlə mal əti 20 manat, quzu əti isə 25 manat olacaq".

Aytac,

Sitat.info

 



Xəbər xətti