Bakıda taksi sürücüsünün avtomobilinə müştəri qismində əyləşən şəxs onun mobil telefonunu oğurlayıb.
Sitat.info xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən M.Mirzəyev müəyyən olunaraq saxlanılıb.
Nəsimi rayonunda isə kafelərin birindən müştəriyə məxsus 2 ədəd mobil telefonu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş N.Ağamuradov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar aparılır.