Asif həkim dəfn edildi - Foto

17:45 6 May 2026

Aprelin 30-u Milli Onkologiya Mərkəzində törədilmiş partlayışda ağır xəsarət alan və mayın 5-i vəfat edən həkim-radioloq Asif Nəsirli bu gün Göyçayda dəfn olunub.
 
Sitat.info xəbər verir ki, vida mərasimində mərhumun yaxınları, həkimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
 
Xatırladaq ki, 1988-ci il təvəllüdlü Mübariz Əliyev qanunsuz olaraq əldə edib saxlayaraq gəzdirdiyi partlayıcı vasitəni MOM-un Radiologiya şöbəsində partladıb. Hadisə nəticəsində M.Əliyev vəfat etmiş, həkim A.Nəsirli isə ağır xəsarət almışdı.
 




Xəbər xətti