İran və  Fransa regional gərginliyi müzakirə edib

09:50 7 May 2026

Dünən İran prezidenti Məsud Pezeşkian və fransalı həmkarı Emmanuel Makron telefon danışığında son regional proseslər və davam edən gərginlik ətrafında fikir mübadiləsi aparıblar.

Sitat.info xəbər verir ki, m-əlumata görə, Pezeşkian ABŞ-yə qarşı inamsızlığın səbəbinin Vaşinqtonun son addımları olduğunu bildirib və danışıqlar zamanı İranın iki dəfə hücuma məruz qalmasını “arxadan vurulan bıçaq” kimi dəyərləndirib.

Makron isə bölgədə gərginliyin artmasından narahatlığını ifadə edib, BƏƏ-nin mülki infrastrukturuna və gəmilərinə hücumları pisləyib. Fransa prezidenti Hörmüz boğazının dərhal açılmasına və tam naviqasiya azadlığının bərpasına çağıraraq, gəmiçilik təhlükəsizliyi üçün Fransa-Britaniya birgə missiyasının yaradılmasını təklif edib.

Aytac,

Sitat.info 



Xəbər xətti