Tramp İranla müharibəni İraq və Əfqanıstanla müqayisə etdi

10:05 7 May 2026

Dünən ABŞ prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşdığı qrafiklə İrana qarşı hərbi əməliyyatın müddətini Amerikanın əvvəlki böyük müharibələri ilə müqayisə edib.

Sitat.info xəbər verir ki, paylaşılan cədvəldə Əfqanıstan müharibəsinin 543 həftə, İraq müharibəsinin 457 həftə, Vyetnam müharibəsinin isə 439 həftə davam etdiyi göstərilib. “İrana qarşı əməliyyat” bölməsində isə cəmi 6 həftə qeyd olunub.

Tramp paylaşımında izləyicilərini “diqqət yetirməyə” çağıraraq, İrana qarşı əməliyyatın “uzadılmış müharibə” kimi təqdim olunmasına etiraz edib. ABŞ prezidenti bildirib ki, hazırkı münaqişənin müddəti əvvəlki Amerika müharibələri ilə müqayisə oluna bilməz.

Tehran,

Sitat.info 



Xəbər xətti