İran limanları Hörmüz boğazında qalan gəmilərə dəniz xidmətləri, texniki dəstək, təchizat və tibbi yardım göstərməyə hazırdır.
Sitat.info IRNA-ya istinadən xəbər verir ki, bu xəbərdarlıq İranın Limanlar və Dənizçilik Təşkilatının Körfəz bölgəsindəki ticarət gəmilərinin kapitanlarına göndərdiyi mesajda yer alıb.
Ərazi sularında, xüsusən də İran sularında və limanlarında üzən bütün gəmilər yanacaq təchizatı, tibbi xidmətlər və texniki xidmət ləvazimatlarından faydalana bilərlər.
Dənizçilik agentliyi bildirib ki, mesaj üç gün ərzində gündə üç dəfə regiondakı rabitə şəbəkələri və çox yüksək tezlikli (VHF) sistemləri vasitəsilə yayımlanacaq.
Nigar,
Sitat.info