Azərbaycanda eşşəklərin sayı kəskin azalıb - 30 min baş eşşək yoxa çıxdı

13:18 7 May 2026

Azərbaycanda eşşəklərin sayı son illərdə ciddi şəkildə azalıb.

Sitat.info xəbər verir ki, rəsmi statistikaya görə, 2008-ci ildə ölkədə təxminən 47 min baş eşşək olduğu halda, 2025–2026-cı illərdə bu rəqəm 10–12 min başa qədər düşüb.

Yəni təxminən 18 il ərzində eşşəklərin sayı 4 dəfə azalıb.

Bunun əsas səbəbləri kimi kənd təsərrüfatında texnikanın tətbiqinin artması ilə əlaqələndirilir. Lakin bu bütün rayonlara şamil olunmur. Dövlət Statistika Komitəsinin eşşəklərin sayı ilə bağlı son rəsmi məlumatına görə  2026-cı ildə ölkədə təxminən 12,7 min baş eşşək olduğu göstərilir.

Nigar,

Sitat.info



Xəbər xətti