Ermənistanın Baş naziri Nikol Paşinyan 9 mayda Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
Sitat.info TASS-a istinadən xəbər verir ki, o, aprel ayında Rusiyaya səfəri zamanı Rusiya lideri Vladimir Putinə iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanda seçki kampaniyasının başlaması səbəbindən iştirak edə bilməyəcəyini deyib.
"Aprel ayında Rusiya Federasiyasına səfərim zamanı Rusiya prezidentinə seçki kampaniyası səbəbindən 9 mayda keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcəyimi bildirdim", - deyə Paşinyan bu məlumatı jurnalistlərlə bölüşüb.
Aytac,
Sitat.info