Yeni bir araşdırma göstərir ki, mətbəxdə istifadə olunan adi bir ədviyyat şəkərli diabetin müalicəsinə dəstək ola bilər.
Sitat.info xəbər verir ki, araşdırma “American Psychological Summit”də təqdim edilib və MedicalXpress tərəfindən yayımlanıb.
Söhbət tərkibində kurkumin maddəsi olan sarıkökdən gedir. Kurkumin sarıkök ədviyyatının aktiv maddəsidir və iltihab əleyhinə, antioksidant təsirləri ilə tanınır.
Alimlər müəyyən ediblər ki, kurkumin diabet zamanı qan damarlarına və maddələr mübadiləsinə də müsbət təsir göstərə bilər.
Təcrübədə modelləşdirilmiş diabetli siçovullar iki qrupa bölünüb. Bir qrup kurkumin alıb, digər qrup isə almayan nəzarət qrupu olub. Bir aydan sonra kurkumin alan heyvanlarda damarların vəziyyəti xeyli yaxşılaşıb və sağlam heyvanlara daha yaxın göstəricilər müşahidə edilib.
Çünki diabetdə əsas ağırlaşmaların çoxu məhz damar zədələnmələri ilə bağlı olur.
Tədqiqatçılar bildirirlər ki, kurkumin bir neçə prosesə eyni anda təsir edir: iltihabı azaldır, damar hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır və diabet zamanı pozulan siqnal mexanizmlərinə təsir göstərir.
Amma alimlər vurğulayırlar ki, bu nəticələr yalnız heyvanlar üzərində əldə edilib. İnsanlarda istifadəsi hələ sübut olunmayıb.Bundan başqa, kurkumin orqanizm tərəfindən zəif mənimsənilir. Ona görə də onun müalicə məqsədilə istifadəsi üçün daha effektiv formaların hazırlanması və əlavə klinik tədqiqatlar lazımdır.
Tehran,
Sitat.info