Çinin iki sabiq müdafiə naziri — Li Şanqfu və Vey Fenqe korrupsiya ittihamı ilə ölüm cəzasına məhkum olunublar.
Modern.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Qeyd edək ki, verilən ölüm hökmləri iki illik təxirə salınma müddəti ilə tətbiq edilir. Çin hüquq sisteminə xas bu praktika çərçivəsində, məhkum iki il ərzində həbsxanada qəsdən cinayət törətməzsə, ölüm cəzası avtomatik olaraq ömürlük həbs cəzası ilə əvəz olunur.
Bəzi hallarda isə məhkəmə qərarında xüsusi şərtlər nəzərdə tutulduğu təqdirdə, cəza 25 il müddətinə azadlıqdan məhrumetmə ilə də əvəz edilə bilər.