950-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub

17:43 7 May 2026

Mühüm sosial-iqtisadi əhəmiyyətə malik olan özünüməşğulluq proqramının icrası cari ildə də uğurla davam edir.

Sitat.info xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il 950-dək şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər təqdim olunub.

Mal və materiallar formasında verilmiş aktivlər hesabına onlar kənd təsərrüfatı, istehsal və xidmət sahələri üzrə kiçik təsərrüfatlarını qurublar.

Proqrama cəlb olunanlar üçün ilk mərhələdə təlimlər təşkil olunaraq, onlara kiçik biznesin təşkili və idarə edilməsi üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri bitirənlər biznes planlarına uyğun aktivlərlə təmin edilirlər.



Xəbər xətti