Prezident Ərdoğan Türküstana səfər edib

12:51 15 May 2026

Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi zirvə toplantısında iştirak etmək üçün Astanadan Türküstana yola düşüb.

Sitat.info xəbər verir ki, Qazaxıstanın paytaxtı Astanaya 13 mayda rəsmi səfər edən Erdoğan burada bir sıra görüşlər keçirib.

O, “İstiqlal Sarayı”nda Qazaxıstan Prezidenti Kassym-Jomart Tokayev ilə təkbətək görüşüb, daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak edib.

İki lider birgə mətbuat konfransı keçirib və Türkiyə-Qazaxıstan İş Forumunun bağlanış mərasimində də birlikdə iştirak ediblər.

Daha sonra Astana proqramını başa vuran Erdoğan Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi zirvəsinə qatılmaq üçün Türküstana hərəkət edib.

Erdoğanla birlikdə həyat yoldaşı Emine Erdoğan və nümayəndə heyəti də Türküstana gedib.

Nigar,

Sitat.info 



Xəbər xətti