Piknik edən ailəni ildırım vurdu - 3 nəfər yaralandı

10:08 29 May 2026

Boluda yaşayan 11 nəfərlik ailə qrupu Aladağ Qartal meşəsində  çay kənarında piknik edərkən ildırım şam ağacına dəyib.

Sitat.info xəbər verir ki, həmin vaxt ağacın yaxınlığında olan 3 nəfər yaralanıb.

Hadisə yerinə tibbi və jandarma qrupları göndərilib. İlkin tibbi yardım göstərildikdən sonra yaralılar aparılıb.

Onlardan birinin vəziyyətinin ağır olduğu öyrənilib.

Aytac,

Sitat.info



Xəbər xətti