Peskov fərqli danışdı, Uşakov isə tarix verdi - Trampın adamları Rusiyaya gedir?

19:48 16 İyun 2026

Kreml ABŞ və İran arasında imzalanacaq tarixi anlaşma memorandumundan sonra amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya səfər edə biləcəyini gözləyir.

Sitat.info TASS-a istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında deyib:

“Cümə günü saziş və ya memorandum imzalandıqdan sonra, bizə yaxşı tanış olan iki nümayəndənin – Uitkoff və Kuşnerin ölkəmizin rəhbərliyi ilə görüşmək üçün Moskvaya gəlməsi imkanının yaranacağını gözləyirik”.

Lakin Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov mövzu ilə bağlı bir qədər fərqli mövqe nümayiş etdirərək, Uitkoff və Kuşnerin Moskvaya səfərinin yaxın gələcəkdə gözlənilmədiyini bildirib.

Xatırladaq ki, bir qədər əvvəl Kreml Rusiya və ABŞ nümayəndələri arasında daimi təmasların mövcud olduğunu bəyan etmişdi.

//Qafqazinfo



Xəbər xətti