Çin ABŞ-ı daxili işlərinə kobud müdaxilədə ittiham edib

09:11 9 Fevral 2022

Çin ABŞ-ı daxili işlərinə kobud müdaxilə etməkdə ittiham edib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Rəsmi Pekin de-yure onun ərazisi sayılan Tayvana ABŞ-ın 100 milyon dollar dəyərində silah satmaq planına qarşı etiraz edib.

Açıqlamada Çin ordusu ölkənin suverenliyinin müdafiəsi və xarici müdaxilələrin qarşısını almaq üçün bütün addımları atmağa hazır olduğu ifadə edilib.



Xəbər xətti