BMT-nin dənizçilik agentliyi ABŞ və İran arasında imzalanan anlaşma memorandumundan sonra Hörmüz boğazında qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayıb.
Sitat.info "ƏL-Cəzirə" məlumat yayıb.
Bildirilir ki, su yolu fevral ayından etibarən İran tərəfindən faktiki olaraq bağlandığından yüzlərlə gəmi boğazda hərəkətsiz vəziyyətdə qalmışdı. Müharibənin dayandırılması ilə bölgədə vəziyyətin nisbətən sabitləşməsi təxliyə əməliyyatına start verilməsinə imkan yaradıb.
BMT rəsmiləri əməliyyatın mərhələli şəkildə həyata keçiriləcəyini, aylarla dənizdə qalan ekipaj üzvlərinin təhlükəsiz şəkildə ölkələrinə və ya təyinat məntəqələrinə çatdırılmasının nəzərdə tutulduğunu bildiriblər. Boğazın yenidən beynəlxalq gəmiçilik üçün açılması istiqamətində də işlər davam etdirilir.
Aytac,
Sitat.info