İsrail ordusu Livan-İsrail sərhədi yaxınlığında yerləşən Markaba qəsəbəsi ətrafına gecə saatlarında hava zərbələri endirib.
Sitat.info xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi məlumat yayıb.
Məlumata görə, bombalanan ərazi İsrail-Livan sərhədindən təxminən 1,5 kilometr məsafədə yerləşən Markaba qəsəbəsinin yaxınlığı olub.
Hələlik zərbələr nəticəsində ölən və ya yaralananların barədə rəsmi məlumat açıqlanmayıb. Hadisə bölgədə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqları gücləndirib.
Aytac,
Sitat.info